24 avqust 2020 16:42
887

Qadın futbolçular arasında amansız dava - VİDEO

Moldovanın qadın komandaları arasında keçirilən mövsümöncəsi turnirdə dava düşüb.

"Report" "Moldfootball.com" saytına istinadən xəbər verir ki, hadisə "Çoburçi" və "Maksimum" klublarının yarımfinal matçında baş verib.

K-1 döyüşünü xatırladan davada əvvəlcə oyunçulardan biri başı ilə digərinin sifətinə vurub. Daha sonra həmin oyunçunun özü qarnından diz zərbəsi alıb. Ardınca isə o, rəqibinin sifətinə yumruqla güclü zərbə endirib.

Dalaşanları hakim və oyunun digər iştirakçıları çətinliklə ayırıblar. Nəticədə hər iki futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.

Videonu BURADAN izləyə bilərsiniz: