Tezliklə Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə yeni “Bərabərik” adlı layihəsinə başlanacaq.
ƏƏSMN-dan “İki sahil”ə verilən məlumata görə, layihə “MTV Azərbaycan”da istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişləri əhatə edir.
Məqsəd əlilliyi olan şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.
Əlillik onların istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilməyib, əksinə, onları daha da ilhamlandıraraq, bu layihənin ərsəyə gəlməsinə kömək edib.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb