22 avqust 2020 15:49
1137

Qanunları pozan sabiq deputat və qudasının qolları belə qandallandı- VİDEO

Abşeron rayon Məhkəməsində karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, məhkəmənin qərarı ilə İlham Əliyev və qudası Rövşən Mustafayev 211.1-ci maddəsilə 15 gün həbs edilib.

Qanunları pozan sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev cəzasını çəkmək üçün Binəqədi rayonunda yerləşən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə gətiriliblər.

Qeyd edək ki, bir neçə gün öncə sabiq deputat İlham Əliyevin qızının toyundan olan görüntülər yayılıb.