21 avqust 2020 17:16
1300

Türkiyədə “canlı bomba” həbs edildi - VİDEO

Türkiyənin Bursa şəhərində 5 yeri partlatmaq istəyən 5 terrorçu saxlanılıb.

“İki sahil” Türkiyə mediasına istinadən xəbər verir ki, qırmızı velosipedin ələ verdiyi “İŞİD” üzvü olan “canlı bomba” və onunla əlaqəli olan 4 terrorçu istintaqdan sonra ədliyyəyə göndəriliblər.

Bildirilir ki, terrorçunun bomba hazırlayarkən çəkilən şəkilləri, ələ keçirilən qurğular və “canlı bomba” jiletləri maddi subut kimi prokurorluğa aparılıb.

Məhkəmə qərarı ilə “canlı bomba”  həbs edilib, onunla əlaqəli olan 4 nəfər deportasiya edilib.