“Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinin əməkdaşları iyulun əvvəllərində düşmən təxribatı ilə üz-üzə qalan Tovuz rayonunun Ağdam kəndində qaz təsərrüfatının mövcud vəziyyətinin daha da yaxşılaşdırılmasına başlayıb.
İB-dən bildirilib ki, Ağdam kəndində müharibə veteranlarının fərdi evlərinin qazlaşdırılması icra edilir. Müraciət olunan 7 fərdi yaşayış evinin qaz təchizatı həyata keçirilir. Bunun üçün uzunluğu 1500 metrə yaxın diametri 57 millimetr olan borularla əsas küçə xətləri çəkilib.
“Azəriqaz” İB bildirir ki, bundan sonra da Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin qaz təchizatı ilə bağlı çətinlikləri daim diqqətdə saxlanılacaq və onların müraciətləri vaxtında icra ediləcək.
Məlumat üçün bildirək ki, 2020-ci ildə 20-dən çox belə ailənin müraciəti əsasında qazlaşma aparılıb, qaz xətlərinin yerinin dəyişdirilməsi işləri görülüb.