Türkiyədə Daxili İşlər Nazirliyi tərəfindən Bingöldə “Yıldırım-6 Karacehennem” əməliyyatı başladılıb.
“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, əməliyyata Jandarma Komandanlığı, Jandarma Xüsusi Əməliyyat qüvvələri (JÖH), Polis Xüsusi Əməliyyat qüvvələri (PÖH) və Təhlükəsizlik Qüvvələrinin qruplarından ibarət 700 nəfər iştirak edir, əməliyyata 47 əməliyyat qrupu məsuliyyət daşıyır.
Bildirilir ki, əməliyyatın başladılmasında məqsəd terrorçuları tamamıilə ölkənin gündəmindən çıxarmaq və bölgədə olan terrorçuları zərərsizləşdirməkdir.
Qeyd edilir ki, indiyədək keçirilmiş Yıldırım 1, 2, 3, 4 və 5 əməliyyatları zamanı ümumilikdə cəmi 22 terrorçu zərərsizləşdirilib, 31 mağara, sığınacaq və anbar məhv edilib, xeyli silah-sursat, ərzaq və yaşayış ləvazimatları ələ keçirilib.
ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib