SOCAR və "Equinor" şirkəti birgə müəssisə yaradır.
Bunu jurnalistlərə açıqlamasında "Qarabağ" əməliyyat şirkətinin baş direktoru Tahir Dadaşov deyib.
Onun sözlərinə görə, artıq yeni birgə əməliyyat şirkəti xaricdə qeydiyyatdan keçib və Azərbaycanda onun filialı yaranmalıdır.
"Bu proses yaxın günlər və yaxud həftələr ərzində başa çatdırılacaq. Ondan sonra isə öhdəliklər birləşdiriləcək və vahid bir komanda şəklində, birgə əməliyyat şirkəti adı altında yerinə yetiriləcək", - deyə T. Dadaşov qeyd edib.
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO