22 iyul 2020 23:44
2347

KİVDF yazı müsabiqəsinin nəticələrini açıqladı SİYAHI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul Milli Mətbuat günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.

“İki sahil” xəbər verir ki, 14 nəfər 1-ci, 14 nəfər 2-ci, 14 nəfər 3-cü yerə,  42 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Qaliblər sırasında "İki sahil"in əməkdaşı Sevinc Məmmədova (1-ci yer), Məhərrəm Əliyev (həvəsləndirici mükafat) və Əhməd Məmmədov (həvəsləndirici mükafat) da var.

Müsabiqənin nəticələri əks olunan siyasını təqdim edirik: