Tovuz rayonunda Tovuzda 73 yaşlı kişi dəm qazından boğularaq həyatını itirib.
Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Kənda sakini, 1953 cü il təvəllüdlü Rafil Hüseynov yatdığı otaqda dəm qazından boğulub. Xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Tovuz rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.
"Report"
Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də