Dənizdə çalışan neftçilər arasında koronavirusa yoluxan 75 nəfərin reanimasiyada olması haqqında məlumat həqiqəti əks etdirmir.
Bunu Azvision.az -a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
"Dəniz neftçilərimizdən bu qədər adamın reanimasiyada olması haqqında məlumat yanlışdır. Əlbəttə, ayrı-ayrı vaxtlarda yoluxma halları olub. Bu, istər dənizdə, istərsə də quruda və ya aparatda işləyən əməkdaşlarda baş verə bilir. Lakin hazırda yoluxanların əksəriyyəti reanimasiyada deyil", - deyə SOCAR rəsmisi vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkədə dənizdə çalışan 75 neftçinin koronavirus diaqnozu ilə reanimasiyaya yerləşdirilməsi barədə məlumatlar yayılıb.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO