08 may 2020 11:52
1506

Erməni parlamentində yumruq davası - VİDEO

Ermənistan parlamentində insident olub.

Parlament üzvləri bir-birinə hücum edib.

Belə ki, deputatlar Edmon Marukyan və Sasun Mikaelyan arasında mübahisə yaranıb. Onlar bir-birinə hücum edərək yumruq davasına başlayıblar.

Parlament sədri Mirzoyan onları sakitləşdirə bilməyib. Parlamentin işinə saat 14:30-a qədər fasilə elan olunub. //Publika.az