Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COVİD-19, yeni növ koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində köməyə və dəstəyə ehtiyac olan ölkə vətəndaşlarına yardım çağırışına ilk qoşulanlardan olan Yeni Azərbaycan Partiyasının gəncləri nəcib təşəbbüslərinə davam edirlər. Hazırda yüzlərlə könüllü bu təşəbbüsün iştirakçısıdır.
Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının Gənclər Birliyinin sədri Orxan Bayramovun sözlərinə görə, könüllülər bu işi sevərək görür.
O.Bayramov vurğulayıb ki, aztəminatlı ailələr aksiya iştirakçılarını çox böyük fərəh və sevinc hissi ilə qarşılayırlar.
Gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib