"Azərbaycan koronavirus pandemiyasının iqtisadiyyata, vətəndaşlarımızın sağlamlığına təsirlərini minumumlaşdırmağa çalışan və buna çevik reaksiya verən ölkələrdən biridir".
Bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq üzvü Vüqar Bayramov Yeni TV-nin efirində səsləndirib. O bildirib ki, Azərbaycanda pandemiya 20 fəaliyyət sahəsinə təsir göstərib: "Onlardan 11-də fəaliyyətin dayanması müşahidə olunub. Digər 9-da isə fəaliyyətlərin təxminən 70 faiz azalıb. Bu səbəbdən dövlət xərcləri qarşılayaraq, həmin fəaliyyət sahələrinə dəstək göstərir. Azərbaycanda koronavirusla mübarizə tədbirlərinə ayrılan vəsaitin ümum daxili məhsuladakı payına görə MDB-də birincidir. Bundan xəbər verir ki, pandemiyaya qarşı mübarizə Azərbaycan üçün prioritetdir". V.Bayramov verilişdə sahibkarların dövlətdən dəstək alma mexanizləri, kreditlərlə bağlı vətəndaşları maraqlandıran məsələlərə, həmçinin digər vacib məqamlara aydınlıq gətirib.