13 yanvar 2020 17:22
959

Canlı yayımda Türkiyə DİN rəhbərinin başına iş gəldi - VİDEO

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu mətbuat konfransında gözlənilməz vəziyyətlə qarşılaşıb.

"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün Kastamonu vilayətində tədbirə qatılan nazirin anidən burnundan qan gəlib. Buna görə canlı yayım dayandırılıb. 

DİN-dən bildirilib ki, nazir soyuqladığı üçün burnundan qan gəlib. Soylunun səhhətində heç bir problem olmadığı, gündəlik iş qrafikinə davam edəcəyi qeyd olunub.