Enerji üzrə Avropa Komissarı Dan Jorgensen Avropa üçün çətin bir yay və artan aviabilet qiymətləri proqnozlaşdırır.
“İki sahil” xəbər verir ki, "La Vanguardia"ya verdiyi müsahibədə o, qeyd edib ki, Avropa çox ciddi bir vəziyyətdədir və bu, çox güman ki, daha da pisləşəcək.
"Təhlillərimizə görə, sabah sülh elan olunsa belə, enerji qiymətləri baxımından bizi çətin həftələr, aylar və hətta illər gözləyir", - deyə o, qeyd edib.
O, əlavə edib ki, Qətərdəki dağıntıları nəzərə alsaq, təchizatı bərpa etmək vaxt aparacağı üçün qaz ən çətin məsələ olacaq.
"Bu, əlbəttə ki, qiymətlərin xeyli müddət yüksək qalacağı anlamına gələcək", - Jorgensen izah edib.
Onun fikrincə, enerji daşıyıcılarının bahalaşması nəticə etibarilə aviabiletlərin qiymətlərinə də təsir edəcək və uçuşlar daha baha olacaq.