Əməkdar jurnalis Azər Həsrət “Facebook”da Qarabağ müharibəsi veteranlarının adından sui-istifadə edərək SOCAR-a qarşı qərəzli kampaniya aparanları ifşa edən videofakt paylaşıb.
“İki sahil” xəbər verir ki, A.Həsrət qeyd edib ki, ilk hissəsi 2017-ci ildə Suraxanıda çəkilib: “Bu adam ev tikir özü üçün. Əli ayağı da yerindədir. Sap-sağlam, tir kimi oğlandır. Və ikinci hissəyə - SOCAR mühafizəçiləri ilə olan qarşıdurmaya diqqət. Yenə də mərkəzdə bu adamdır. Amma bu dəfə guya əlildir. Çəliklə gəzir. Hadisə 2019-cu ilə aiddir. Bəlli olur ki, belə adamlar qazi adından beləcə sui-istifadə edir. Ona görə də hüquq mühafizə orqanlarının bu məsələni sonadək araşdırıb cəmiyyət barəsində məlumat verməsini şəxsən bir vətəndaş kimi tələb edirəm. Niyə belə adamlar Qarabağ qazisi kimi müqəddəs addan belə sui-istifadə edir? Belələri doğrudanmı Vətən üçün vuruşub? Şübhə edirəm şəxsən!”