25 sentyabr 2019 11:58
906

Hakim meydana içkili çıxdı, gülüş hədəfinə çevirildi - VİDEO

Çexiya çempionatında ilginc hadisə baş verib.

Fanat.Az xəbər verir ki, "Beroun" və "Slani" klublarının gənclərdən ibarət komandaları arasında keçirilən oyunda yan xətt hakimi Milan Sefara meydana oçkili vəziyyətdə çıxıb. Laynsman oyun ərzində bir neçə dəfə yerə yıxılaraq tamaşaçıları güldürüb. 

Artıq Mərkəzi Bogemiya Regional Futbol Assosiasiyası bununla bağlı araşdırmaya başlayıb. Hakimin alkoqol qəbul etdiyi sübuta olunsa, ağır cəzaya məruz qalacaq.