12 avqust 2019 13:17
936

Hakimi mikrofonla təhqir edən şəxs işdən çıxarılıb - VİDEO

Rusiya Premyer Liqasının V turu çərçivəsində keçirilən “Axmat” – “Spartak” oyununda insident baş verib.

“Report” championat.com saytına istinadən xəbər verir ki, meydan sahiblərinin mətbuat xidmətinin adı çəkilməyən əməkdaşı matçın 77-ci dəqiqəsində Çeçenistan təmsilçisinin futbolçusu Ablya Mbenqə qırmızı vərəqə göstərən referi Aleksey Suxoyu təhqir edib. O, diktor otağındakı mikrofon vasitəsi ilə “hakim - keçi” qışqırıb.

Hadisədən sonra həmin şəxsin işindən azad edildiyi bildirilir. Görüş “Spartak”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 2013-cü ildə də “Axmat Arena”da oxşar hadisə baş verib. “Terek” – “Rubin” oyunu zamanı Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov referi Mixail Vilkova “satılmış hakim, sən keçisən” söyləmişdi.