Dəhşətli görüntülər Türkiyənin Balıqəsir vilayətində qeydə alınıb.
"İki sahil" Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Edremit-Çanaqqala avtomobili yolunun 4-cü kilometrliyinin Kadıköy məhəlləsindən keçən hissəsində baş verib.
Məlumata görə, İbrahim Bozqurdun (63) idarəetməsində olan 34 ZZ 0815 qeydiyyat nömrə nişanlı "Daewoo Damas" markalı avtomobilin idarəetməsini itirərək yol kənarında dayanan Naimə Qıldırı və qızı Seda Qıldırı vurub.
Nəticədə ana və qızı aldığı xəsarətlərdən həyatlarını itiriblər. "Daewoo"nun sürücüsü və iki sərnişini isə yaralanaraq, təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Sürücünün vəziyyətinin ağır olduğu bildirilib.
Polis insidentlə bağlı araşdırmalara başlayıb.
Qəzanın kadrları yaxınlıqda yerləşən bir iş yerinin təhlükəsizlik kamerasına düşüb.
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur
Keniyada təyyarə qəzası nəticəsində səkkiz macar və iki alman turist həlak olub
Qazaxıstan Finlandiyanın atom elektrik stansiyalarına uran tədarükünə başlaya bilər