25 iyul 2019 10:35
1208

"Qarabağ" İrlandiyadan sərfəli nəticə ilə dönür - VİDEO

"Qarabağ" dünən Çempionlar Liqaının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Ağdam klubu Dublində "Dundalk"ın qonağı olub. İrlandiya çempionu ilə görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Ağdam klubu səfərdən sərfəli nəticə ilə qayıdır.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

22:45. "Dundalk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 1:1
Qol: Mahir Emreli,4 (0:1), P.Hoban, 78 (1:1)
Baş hakim: Bartos Frankovski (Polşa)
Dublin, "Oriel Park" stadionu