23 iyul 2019 17:05
1105

Səfirliyin maşını qaydaları belə pozur - VİDEO

043 D 004 dövlət nömrə nişanlı avtomobilin sürücüsü təhlükəli manevrlər edir

Bakıda tez-tez qayda pozan xarici ölkələrin diplomatik nümayəndəliklərinə məxsus olan avtomobillərdən şikayət olunur. Avtosfer.az xəbər verir ki, bu dəfə qaydaları pozaraq digər sürücülərə təhlükə yaradan Küveyt dövlətinin Azərbaycandakı səfirliyinə məxsus avtomobildir.

043 D 004 dövlət nömrə nişanlı avtomobilin sürücüsü təhlükəli manevrlər edərək sürücülər üçün qəza şəraiti yaradır.