23 iyul 2019 17:01
928

Piyada keçidində qadını vuran sürücü cərimələnmədi VİDEO

Bakıda Şəmsi Bədəlbəyli küçəsində (28 Mall yanı) piyada keçidində qadın piyadanı vuran sürücü kameraya düşüb. "İki sahil" Avtosfer.az-a istinadən xəbər vrir ki, 99 LP 055 dövlət nömrə nişanlı, “Land Cruiser” markalı avtomobilin sürücüsü piyadaların keçməsinə baxmayaraq hərəkəti davam etdirir. Bu zaman keçiddən keçən piyada xanımı vurur. Xanımın azacıq dayanması onu ölümdən qurtarır. Sürücü isə heç nə olmamış kimi yoluna davam edir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Vaqif Əsədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, həmin hadisə ilə bağlı sürücüyə heç bir cərimə yazılmayacaq: "Həmin yerdə piyada xətti işıqforla tənzimlənir. Nəqliyyat vasitələrinə yaşıl işıq yandığı zaman qadın piyada yola daxil olur. Əvvəl dayanır, sonra hərəkət edir, axırda isə çantası ilə maşını vurur ki, ona yol versin. Burada açıq-aşkar günah xanımdadır. Buna görə də sürücü cərimə olunmayacaq. Piyadalar yollarda qanunlara uyğun hərəkət etməlidirlər. İşıqforla tənzimlənən piyada xətlərində yolu yalnız onlar üçün yaşıl işıq yanan zaman keçməlidirlər".