Hadisəyə əsas səbəbkar olan sürücü heç nə olmamış kimi yoluna davam edir
Bakıda baş verən dəhşətli yol qəzası təhlükəsiz şəhər kameralarına düşüb. "İki sahil" Avtosfer.az-a istinadən xəbər verir ki, yükdaşıma qaydalarını pozan VAZ 21 07 markalı avtomobil üzərində standartlara uyğun olmayan “baqaj” var. Dəmir və onun üzərinə bərkidilmiş taxta parçası ilə düzəldilmiş "baqaj" yüksək sürət və küləyin təsirindən avtomobilin üstündən uçaraq yaxınlıqda hərəkət edən “Prado” markalı maşına tərəf gedir. “Prodo”nun sürücüsü avtomobili qaçırtmaq istəyəndə digər hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü çaşdırır. “Opel” sürücüsü isə idarəetməni itirərək “Proda” ya çırpılır. Nəticədə “Prodo” açaraq yoldan kənara düşür. “Opel” isə yolun ortasında bir neçə dəfə dönərək dəmir arakəsmələrə dəyib dayanır.
Bütün bunların fonunda hadisəyə əsas səbəbkar olan VAZ 21 07-nin sürücüsü heç nə olmamış kimi yoluna davam edir.
Sputnik Azərbaycan-ın şef redaktoru həbsdən azad edildikdən sonra Bakıdan Moskvaya uçub
Naxçıvanda keçirilən sərgi-satış yarmarkasında 214 müəllifin 15,2 min manat dəyərində əl işləri satılıb