Azərbaycanlı boksçu Rahil Məmmədli (91 kq) Rusiyada kişi boksçular arasında "Sankt-Peterburq qubernatorunun kuboku"nda 1/4 final mərhələsində ermənistanlı boksçu Henrik Sarkisyanla görüşüb.
Milli.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Döyüş zamanı azərbaycanlı boksçu rəqibinə heç bir şans verməyərək, layiqli qələbə qazanıb - 4:1 (28:27, 29:26, 29:26, 27:28, 29:26).
R.Məmmədlidən başqa, 10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Məhəmməd Abdullayev (+91 kq) və 52 kq çəki dərəcəsində qüvvəsini sınayan Məsud Yusifzadə də adını yarımfinala yazdırıb.
Onlardan fərqli olaraq, Kamran Şahsuvarlı (75 kq) rusiyalı Aleksey Semikinə, Rauf Rəhimov (81 kq) özbəkistanlı Kozimbek Mardonova məğlub olub.
Qeyd edək ki, yarışda 15 ölkə yığması mübarizə aparır.
Zemfira Meftahətdinova "İdman veteranları" İctimai Birliyinin prezidenti seçilib
Avropa çempionatı: Azərbaycanın iki boksçusu finala, biri yarımfinala yüksəlib