Nizami Rayon İcra Hakimiyyətində (RİH) “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində zərər çəkən sahibkarların bir qismi ilə görüş keçirilib.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Prezident Administrasiyasının nümayəndələri iştirak ediblər.
Sahibkarlara bildirilib ki, məsələni Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb və dəymiş zərərə görə dövlət yardımı veriləcək.
Zərərçəkənlər qeyd ediblər ki, görüşdən razı qalıblar: “Dedilər ki, dövlət yardımı ödəniləcək. Bunun üçün vaxt müəyyən edilməyib. Bu gün dəymiş zərərə görə siyahıyaalınma işləri aparılacaq”.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır