06 mart 2019 10:17
823

Əli Kərimli xəyanətini etiraf edənə qədər mənimlə rastlaşacaq - İKİSAHİL TV

Çəkdikləri videolar ilə sosial şəbəkələrdə izləmə rekordu qıran videobloqger Ata Abdullayev İkisahil.TV-nin “Bizimlə həmsöhbət” verilişində Əli Kərimlini fakt qarşısında qoymağına aydınlıq gətirdi

- Ata bəy, Əli Kərimli ilə görüşmək üçün nəyə görə məhz həmin günü seçdiniz?

- Radikal müxalifət nümayəndələri ilə hər zaman mübarizə aparıram. Onların sosial şəbəkələrdəki paylaşımları ilə tanış oluram. Diqqətimi çəkən o oldu ki, bu qaragüruh ancaq müəyyən əlamətdar tarixlərdə qınlarından çıxaraq ölkədəki sabitliyə xələl gətirmək istəyirlər. Mən də bir azad vətəndaş, bir videobloqger kimi onlarla görüşmək, ürəyimdən keçən suallara cavab almaq qərarına  gəldim. Fevralın 26-da saat 3-4 radələrində onlarla görüşdüm. Əli Kərimliyə ürəyimdən keçən sualları ünvanladım. Ancaq cavabımı ala bilmədim. Bu, hələ son deyil. Yəqin ki,  istədiyim cavabı bir gün verəcək. Yaxşı bilirəm ki, onun oğlu Avropada gecə-gündüz klublarda kef məclisləri təşkil edir. Qeyri-etik həyat tərzi keçirir. Hesab edirəm ki, bir oğlunun tərbiyəsi ilə məşğul ola bilməyən şəxs, heç  vaxt lider ola bilməz, olsa-olsa ancaq dırnaq içərisində ola bilər. Öz kiçicik bir ailəsini idarə etməyən insana heç nəyi etibar etmək olmaz. Bu müsahibədən də istifadə edib insanları onun heç bir sözünə inanmamağa çağırıram.

- Bu, sizin Əli Kərimli ilə  ilk görüşünüz idi?

- Erməni əlaltısı olan bu satqınla ilk dəfə idi. Amma qadikal müxalifətin başqa nümayəndələri ilə görüşlərim çox olub. Çalışmışam ki, hər zaman lazımsız olduqlarını onların üzünə söyləyim. Buna da nail oluram. Hesab edirəm ki, Əli Kərimli hələ məni çox görəcək.  Bu xəyanətkarın bütün maskalarını yırtmağa çalışacağam. Azad, demokratik ölkədə yaşayırıq. Onun ifşası üçün bütün lazımi işləri həyata keçirəcəyəm.

- Əli Kərimlidən nəyi eşitmək istəyirsiniz?

- Xəyanətini etiraf etsin. Aldığı qrantlarla  Vətənə xəyanət yolunu tutduğunu etiraf etsin. Ailəsinə Avropada yaratdığı dəbdəbəli həyatı Vətənə xəyanət yolu ilə əldə etdiyini etiraf etsin. Rəsmi olaraq heç bir yerdə işləmədiyi halda şəxsi mühafizəni necə saxladığını bildirsin. Yəqin ki, növbəti görüşlərdə məndən bu sualları eşidəcək. Əli Kərimli xəyanətini etiraf edənə qədər mənimlə rastlaşacaq.

- Məlum videoçarxın yayılmasından sonra hər hansı böhtan, təhqir, şantaj kimi mesajlarla qarşılaşdınızmı?

- Bu tip şeylər hər zaman olur. Amma belə şeylərə heç vaxt fikir vermirəm. Əgər versəm onu vaxt itkisi hesab edərəm. Son videorolikdən sonra radikallar bir neçə adlarına layiq hərəkətlər ediblər ki, bu barədə də hüquq mühafizə orqanlarına müraciət edilib.

Şəmsiyyə Əliqızı, “İki sahil”