“İki sahil”-in məlumatına görə, NASA Günəşi bir il müddətində hər gün hər 12 saniyədə bir şəklini çəkərək planeti fərqli tezliklərdə yaxından izlədi. 2015 yanvar ayının ilk günündən indiyə kimi alınan görüntülər ultra yüksək keyfiyyətli ultraviole lupa ilə qeyd edildi. Bu görüntülər sürətləndirilmiş çəkiliş texnikası olan "Time Lapse" ilə birləşəndə ortaya 6 dəqiqəlik bir video çıxdı.
NASA-nın Solar Dynamic Rəsədxanası 2010-cu ilin fevral ayında ulduzların dəyişmələrini tutmaq və ölçmək məqsədi ilə quruldu.