“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) Türkiyənin “Gübre Fabrikaları” şirkəti birgə müəssisə yaradır.
Bu barədə “Gübretaş”ın Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yer alan məlumatında bildirilir.
Məlumata görə, “Gübre Fabrikaları” karbamidin idxalı, yerli və xarici bazarlarda satışına dair “SOCAR Turkey” ilə niyyət məktubu imzalayıb.
Sənədə görə, “Gübre Fabrikaları” SOCAR-ın neft-kimya müəssisələrindən və regiondakı digər istehsalçılardan karbamid idxal etmək, onun Türkiyə və xarici bazarlarda satışını həyata üçün hər iki şirkətin də 50 faizlik paya sahib olacağı birgə müəssisə yaradılacaq.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. SOCAR 2020-ci ilədək Türkiyəyə 19,5 milyard dollar investisiya yatıraraq bu ölkənin ən böyük xarici investoru olmağı hədəfləyir. Bundan başqa, STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmaq niyyətindədir.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib