İlin ikinci rübünün əvvəlindən “SOCAR karbamid” zavodunda məhsul ixracı həyata keçiriləcək. “İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, artıq zavodda məhsul istehsal edilir. İstehsal olunan məhsulun daxili bazara yönəldilməsi əsas prioritetdir: “Daxili bazarın tələbatı tam ödənildikdən sonra ixraca başlanacaq. İxracın ilin ikinci rübünün əvvəlində həyata keçirilməsi planlaşdırılır. İlkin mərhələdə məhsul avtonəqliyyat vasitələri ilə göndəriləcək. Lakin üçüncü rübün əvvəlindən zavodun məhsulunun dəmir yolu ilə də ixracı həyata keçiriləcək. Əgər daxili bazarın tələbatı tez ödənilərsə ixrac fevral ayında da başlaya bilər”.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib