Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib.
Dövlət başçısı təbriklərini Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi mərasimində çatdırıb.
“Onu da bildirməliyəm ki, bu zavodun açılışı Xoşbəxt Yusifzadənin ad gününə təsadüf edir. Mən istəyirəm, Xoşbəxt müəllimi bu gözəl hadisə münasibətilə bütün Azərbaycan vətəndaşları adından təbrik edim. Xoşbəxt müəllim neft sənayesinin canlı əfsanəsidir, neft sənayesinin rəmzidir, Azərbaycan vətəndaşının rəmzidir. Mən xüsusilə xahiş etdim ki, Xoşbəxt müəllim bu gün buraya dəvət olunsun, həm onu təbrik edim, eyni zamanda, bu gözəl hadisəni biz birlikdə qeyd edək”, - Prezident çıxışında deyib.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib