Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi çərçivəsində yenu bitum qurğusunu işə salmağa hazırlaşır.
"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib.
O bildirib ki, yeni bitum qurğusu layihəsi üzrə əsas işlər artıq başa çatıb:
“Şirkət bu qurğunu rəsmi olaraq işə salmağa hazırlaşır ki, bu da Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinin birinci mərhələsinin başa çatdığını ifadə edir”.
İ.Əhmədov əlavə edib ki, modernləşdirilmə işlərinin ikinci və üçüncü mərhələləri üzrə işlər artıq başlayıb və əvvəllər qeyd olunduğu kimi, yeni qurğular, o cümlədən dizel istehsalı qurğusu zavodun ərazisinə daxil olub:
“İşlərin əsas hissəsi növbəti iki il ərzində icra olunacaq”.
İlkin neft emalı qurğusunun atmosfer-vakuum blokları ilə birgə keçmiş “Azneftyağ” Neft Emalı Zavodunun ərazisindən köçürülməsi layihəsi barədə danışan şöbə rəhbəri bildirib ki, müvafiq saziş hazırda davam edən tender prosedurlarının başa çatmasından sonra imzalanacaq.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib