Azərbaycanın STAR neft emalı zavodu öz məhsulunu 2019-cu ilin yanvarında bazara çıxaracaq.
Bunu zavodun baş direktoru Məsut İltər deyib. Baş direktorun sözlərinə görə, zavod 2019-ci ilin əvvəlində artıq bütün gücü ilə işə düşməyi planlaşdırır.
M.İltər həmçinin daha öncə KİV-lərdə zavodun bütün gücü ilə işə düşməsi vaxtının ləngiməsi barədə gedən söhbətləri təkzib edərək əlavə edib ki, bütün işlər qrafikə uyğun gedir
Onun sözlərinə görə, zavoda təxminən 6,3 milyard dollar sərmayə yatırılıb. Baş direktor vurğulayıb ki, 2021-ciilə qədər ümumi investisiyaların həcminin 7 milyard dollara çatdırılması nəzərdə tutulur.
M.İltər qeyd edib ki, əlavə investisiyaların anbar ərazilərinin və ikinci neft-kimya kompleksinin yaradılmasına yönəldilməsi planlaşdırılır.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib