SOCAR-ın təlim mərkəzi “City & Guilds Group” tərəfindən akreditasiya olunub
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Qobustan regional təlim mərkəzi dünyanın tanınmış “City & Guilds Group” kvalifikasiya qurumu (“The City and Guilds of London Institute”) tərəfindən akreditasiya edilib, eləcə də mərkəzin tədris etdiyi 3 ixtisas - avadanlıqlara texniki xidmət; qaynaq-quraşdırma; elektrik-elektronika beynəlxalq təşkilat tərəfindən tanınıb.
Şirkətdən bildirilib ki, həmin 3 ixtisas üzrə maksimum tədris müddəti 10 aydır. Təlim mərkəzində aparılan 10 aylıq tədrisdən sonrakı 2 ay ərzində ixtisaslı fəhlə kadrları qismində müdavimlər SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsindən sonra həmin müdavimlər təlim mərkəzində təşkil olunan yekun imtahanda müvəffəqiyyət qazandıqda təlim prosesini uğurla başa çatdırmış hesab olunurlar.
TTSİ-nin işçi heyəti, təlim prosedurları, metodiki qaydaları, qiymətləndirmə sistemi, habelə Qobustan regional təlim mərkəzinin tədris fəaliyyəti haqqında məlumatlar və göstəricilər “City & Guilds Group” kvalifikasiya qurumunun ekspertləri tərəfindən araşdırıldıqdan sonra təqdim olunan sənədlərin uyğunluğu qurumun keyfiyyət üzrə məsul rəhbəri tərəfindən təsdiq edilib. Həmçinin Qobustan regional təlim mərkəzində “City & Guilds Group”un kənar auditoru tərəfindən sahə auditi başa çatdırıldıqdan sonra mərkəz 3 ixtisası tədris etmək üçün qurum tərəfindən akkreditasiya olunub. Bu SOCAR-ın regionda həyata keçirdiyi irimiqyaslı layihələr çərçivəsində neft-qaz istehsalat obyektlərində çalışan texniki heyətin peşə hazırlığını təkmilləşdirməsi istiqamətində növbəti uğurudur.
Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 5 təlim mərkəzindən, qaynaq sexlərindən, fiziki və mexaniki sınaq laboratoriyalarından ibarətdir. İdarə fəaliyyətdə olduğu müddət ərzində ayrı-ayrı peşələr və ixtisaslar üzrə tədris olunan təlim kurslarının 100 mindən çox iştirakçısına sertifikat təqdim olunub.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib