Ötən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 10,2 milyon barrel azalaraq 434 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi.
Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları 5,4 milyon barrel artmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib