ABŞ neftin qiyməti üzrə proqnozunu aşağı salıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatına istinadla xəbər verir ki, gələn il “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 61 dollar, “Light” neftinin qiymətinin isə 54 dollar/barrel olacağı nəzərdə tutulur.
EIA oktyabrdakı hesabatında 2019-cu il üzrə “Brent”in bir barrelinin qiymətinin 72 dollar, “Light” neftinin qiymətinin 65 dollar/barrel olacağını proqnozlaşdırırdı.
“Ötən ay dünyanın ən böyük neft istehsalçıları olan ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının xam neft istehsalı səviyyəyə çatdı. ABŞ İranın neft ixracını hədəf alan və noyabrın 5-dən qüvvəyə minən sanksiyalar çərçivəsində bu ölkədən neft alan 8 ölkəyə 6 ay müddətə güzəşt tətbiq etdi. Qlobal iqtisadi artım tempinə və neftə olan tələbata dair narahatlıqlar qarşıdakı aylar ərzində də davam edəcək. Qlobal neft ehtiyatlarının gələn ilin ortalarında azalması gözlənilir”, - deyə hesabatda bildirilir.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib