Neftin qiyməti kəskin bahalaşıb.
AZƏRTAC xəbər verir ki, OPEC-in neft hasilatını gündəlik 800 min barrel azaldacağı ilə bağlı yayılan xəbərlər fonunda dünya birjalarında neftin qiyməti 4 faizdən çox bahalaşıb.
Günün əvvəlində Londonun ICE birjasında bir barreli 59,57 dollara satılan “Brent” markalı neftin qiyməti 63,20 dollar/barrelədək artıb. “Light” markalı neftin bir barrelinin qiyməti isə Nyu-Yorkun NYMEX birjasında 53,74 dollara satılır.
Kartelə yaxın mənbələrin məlumatına görə, OPEC üzrə sutkalıq neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələrinin isə neft hasilatını gündəlik 400 min barrel azaldacağı bildirilir. Bununla da OPEC və OPEC üzrə neft istehsalının sutkada 1,2 milyon barrel azaldılması gözlənilir. Lakin kartel yekun qərarını açıqlamayıb və bununla bağlı birgə bəyannamə də hələ ki imzalanmayıb.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib