SOCAR-ın Rumıniyada sayca 41-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
AZƏRTAC Rumıniya KİV-lərinə istinadla xəbər verir ki, Timişoara rayonunun Timis bölgəsində “SOCAR” brendi ilə sayca 3-cü YDM olan məntəqədə “Nano” markalı 4 növ yanacaq satışı həyata keçirilir. Müştərilərə YDM-dəki “Nar” kafedə yerli və Azərbaycan məhsulları təqdim olunur.
Qeyd edək ki, SOCAR Rumıniya bazarındakı fəaliyyətini “SOCAR Romania S.A” şirkəti vasitəsilə həyata keçirir. Şirkət 2011-ci il yanvarın 30-da “ROMTRANSPETROL” strukturu əsasında Botosani şəhərində təsis edilib və cəmi 12 yanacaqdoldurma məntəqəsi ilə fəaliyyətə başlayıb. Şirkət Rumıniya bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. SOCAR tərəfindən Rumıniyaya 2011-ci ildən ötən ilin sonuna kimi qoyulmuş sərmayənin ümumi həcmi təqribən 77,7 milyon dollara bərabərdir. Eyni müddət ərzində şirkət Rumıniya hökumətinə ümumilikdə 86,4 milyon dollar vergi ödəyib.
SOCAR-a məxsus YDM-lər məntəqələri Rumıniyanın 42 regionundan 19-nu əhatə edir.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib