Yanvar-noyabr aylarında “Gazprom”un təbii qaz istehsalı artıb.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, 11 ayda “Gazprom”un qaz istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 451,1 milyard kubmetrə çatıb.
Şirkətin milli qaz nəqli sistemi vasitəsilə daxili bazara satışı isə 4 faiz və ya 8,2 milyard kubmetr olub.
Hesabat dövründə “Gazprom”un Avropaya qaz ixracı isə təxminən 2,6 faiz artaraq 179,9 milyard kubmetrə yüksəlib. Ötən ilin eyni aylarına nisbətən qaz ixracı Almaniyaya 9,6 faiz, Avstriyaya 21 faiz, Hollandiya 34,6 faiz artıb. “Gazprom” bu ilin 11 ayında Macarıstan və Yunanıstana 2017-ci ildəki illik göstəricidən daha çox qaz satıb.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib