İndoneziyanın enerji və mineral resurslar nazirinin müavini Arkandra Tahar ölkədə kəşfiyyat üçün son texnologiya olarsa nəhəng neft kəşfinin mümkünsüz olmadığını açıqlayıb.
“Yeni texnologiya ilə yeni böyük neft rezervləri aşkar etmək mümkündür”,-deyə Arcandra öz çıxışında bildirib.
Nazir müavini yeni rezervlərin aşkar edilməsində digər vacib faktorun peşəkar insan amili olduğunu da vurğulayıb. Arkandra Tahar böyük neft ehtiyatlarının kəşf edilməsinin ölkədə gün-gündən artan neft və yanacaq çatışmamazlığının qarşısını alacağına ümid etdiklərini bildirib.
Neft hasilatı həcmi ilə istehlak həcmi arasındakı fərq hasilatda artımın olmaması səbəbindən artmaqdadır.
“Neft və qaz ehtiyatı potensialının olduğu bütün ərazilərdə kütləvi kəşfiyyata ehtiyac var”,-deyə nazir müavini qeyd edib.
Bundan əlavə, o bildirib ki, növbəti on il ərzində dövlət büdcəsindən neft kəşfiyyatı sahəsinə 2 milyard dollar vəsait ayrılması nəzərdə tutulub.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib