Türkiyə noyabr ayında İrandan neft almayıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyaları çərçivəsində 6 aylıq müvəqqəti güzəşt tətbiq edilən ölkələrdən biri olan Türkiyənin noyabrda İrandan neft idxalı sıfıra enib. Türkiyənin əsas xam neft idxalçısı olan “Tüpraş” holdinqi oktyabr ayında İrandan gündəlik təxminən 129 min barrel xam neft alıb. Lakin holdinq noyabr ayında İrandan neft almayıb.
Bir mənbəyə görə, oktyabrın ortasından noyabrın ortasınadək “Tüpraş”ın İzmit zavodunda planlaşdırılmış profilaktika işləri aparılıb və bu da xam neft tələbatının azalmasına gətirib çıxarıb.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib