Kolumbiyanın “Ecopetrol” dövlət enerji şirkəti 2019-cu ildə kəşfiyyat və hasilat layihələrinə 3,5-4 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
Şirkət azalan ehtiyatlarını yüksəltmək üçün 700 yeni quyu qazmağı və cari il ərzində əməliyyat sahəsində qurğuların sayını artırmağı nəzərdə tutub.
“Ecopetrol” gələn il üçün gündəlik hasilatın 720-730 min barrel neft ekvivalenti həcmində olacağını açıqlayıb.
Nəzərdə tutulan investisiyanın 80 %-i Kolumbiyada kəşfiyyat və hasilat işlərinə, 8 %-i isə şirkətin ABŞ, Meksika və digər ölkələrdə möhkəmlənməsinə sərf ediləcək.
Xatırladaq ki, “Ecopetrol” şirkətinin təxminən yeddi illik hasilata kifayət edəcək həcmdə rezervləri qalıb.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib