22 noyabr 2018 23:17
2864

Argentina qaz ixracına başlayacaq

Argentina “Vaka Muerta” şist yatağının  istismara başlaması ilə mayeləşdirilmiş təbii qaz ixrac edən ölkələr sırasına qoşulacaq.

“oilprice.com” saytı xəbər verir ki, Argentinanın “YPF” enerji şirkəti və Belçikanın “Exmar” enerji daşıma şirkətinin imzaladığı on illik müqaviləyə əsasən, 2019-cu  ilin ikinci rübündən Argentina qazını daşıyan üzən mayeləşdirilmiş təbii qaz qurğusu Bahia Blanka limanına yola düşəcək.

“Exmar” şirkəti açıqlamasında ilkin olaraq, illik 500 min ton mayeləşdirilmiş təbii qaz daşınmasının nəzərdə tutulduğunu  bildirib.

Qeyd edək ki, “Vaka Muerta” ABŞ xaricində olan azsaylı şist qaz yataqlarından biridir.