“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, bu ilin üçüncü rübündə “Şahdəniz Alfa” platformasında “SDA11” quyusunun üst tamamlama işləri başa çatdırılıb. Bundan əlavə, “SDA04” və “SDA05” quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılıb.
İstiqlal qazma qurğusu yatağın şərq cinahında “SDG04” və “SDG02Z” quyularını tamamlayıb. “Maersk Explorer” qurğusu da şərq cinahda “SDH02” quyusunda qazma əməliyyatlarını davam etdirir.
Bu iki qurğu “Şahdəniz Bravo” platformasından hasilat üçün ümumilikdə 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu və şərq cinahında isə 2 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib