SOCAR-ın Belarusun “Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 19-da Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
“Siz lap yaxın vaxtlarda Türkiyədə neft emalı kompleksi inşa etmisiniz. Azərbaycanlı sərmayədarların Belarusa gəlişinə şad olarıq və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırıq. İndi Azərbaycan Dövlət Neft Şirkətinin “Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları müzakirə edilir. Biz bu cür səyləri alqışlayırıq”, - deyə Belarus Prezidenti əlavə edib.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib