Kürdəmir rayonunun daha bir yaşayış məntəqəsinə - Qarasu kəndinə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, 556 ev olan kəndin qazlaşdırılması birpilləli sistem üzrə aparılıb, 50 min 187 metr müxtəlif diametrli daşıyıcı və yerüstü borudan istifadə olunub. Fərdi mənzilin hər birinə qaz sayğacı və tənzimləyici quraşdırılıb. Hər bir mənzilin mətbəxinə “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilib.
Qeyd olunur ki, hazırda Kürdəmir şəhəri də daxil olmaqla, 62 yaşayış məntəqəsindən 59-u qazlaşdırılıb və 20 min 549 abonent “mavi yanacaq”dan istifadə edir. Bu da rayon əhalisinin 98,2 faizini təşkil edir. Rayonun qazlaşdırılmayan üç yaşayış məntəqəsində - Qarabucaq qəsəbəsi, Qarabucaq və Qurdbayram kəndlərində layihə-smeta işləri görülür. Gələn il rayon tam qazlaşdırılacaq.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib