Papua Yeni Qvineya hökuməti Fransanın “Total” enerji şirkəti ilə planlaşdırılan ikinci böyük mayeləşdirilmiş təbii qaz layihəsi ilə bağlı müqavilə imzalayıb. Layihədə “Total”ın şərikləri “ExxonMobil” və “Oil Search” şirkətləridir.
Onlar layihənin maliyyə şərtlərini gələn ilin əvvəllərində müəyyən etməyi qərara alıblar.
Layihənin əsas məqsədi Papua Yeni Qvineyadakı “Elk Antelop” yataqlarını tədqiq etmək və orada sənaye əhəmiyyətli qaz hasilatına başlamaqdan ibarətdir. Sözügedən yatağın lisenziyası “Total”a 2014-cü ildə verilib.
Bu layihə hesabına Papua Yeni Qvineyanın mayeləşdirilmiş təbii qaz ixracının iki dəfə yüksələcəyi proqnozlaşdırılır.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib