Birləşmiş Ştatların neft ehtiyatları 442 milyon barreli keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 10,3 milyon barrel (2,4 faiz) artaraq 442,1 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 3,2 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 5,8 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 1,4 milyon barrel (0,2 faiz) azalaraq 653,3 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları da ötən hesabat həftəsində 1,4 milyon barrel (0,6 faiz) azalaraq 226,6 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,5 milyon barrel azalacağı istiqamətində idi.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib