Amerikanın “Hess Corporation” müstəqil kəşfiyyat və hasilat şirkəti “Aspy” quyusunda əməliyyatların tamamlandığını və kommersiya xarakterli karbohidrogen ehtiyatının aşkar olunmadığını bildirib.
“Hess Corporation” şirkətinin mətbuata verdiyi açıqlamada qazma işlərinin aparıldığı “Aspy” kəşfiyyat quyusunun “Nova Scotia” sahilində yerləşdiyini və ümumi dərinliyinin 7,400 metrə çatdığını qeyd edib.
“Iki sahil” “oedigital.com” saytına istinadən xəbər verir ki, quyunun operatoru “BP Canada” şirkətidir və “Hess” quyuda 50% payın sahibidir.
Xatırladaq ki, “Hess Corporation” dünyanın aparıcı qlobal müstəqil enerji şirkətidir və xam neft və təbii qazın hasilatı ilə məşğuldur.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib