Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) nəqliyyatının həcmi rekord səviyyəyə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, LNG nəqliyyatının həcmi 2012-ci ildəki maksimum səviyyəni - sutkalıq 180 min dolları geridə qoyaraq hazırda gündəlik 200 min dollara yaxınlaşıb.
Asiya-Sakit okean hövzəsində LNG nəqliyyatının həcmi sutkada 170 min dollara çatıb. Atlantik okeanı hövzəsində isə gündəlik 140 min dollar civarındadır.
Beynəlxalq Qaz İttifaqının (IGU) məlumatına görə, hər iki hövzədə sutkalıq LNG nəqliyyatının həcmində ötən qışla müqayisədə 80 və ya 85 min dollar fərq var.
Son 3 ildə LNG nəqliyyatının həcmi pessimist səviyyələrdən qurtulub. “Gaslog”, “Golar” və “Hoegh” kimi LNG nəql edən şirkətlərin qazancı da son dövrlərdə artmağa başlayıb.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib