SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə neftçilərə təbriki
Əziz neftçilər!
Sizi 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Bu il Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ölkəmizdə böyük təntənə ilə qeyd edildi. Müstəqilliyimizin başlıca atributu olan dövlət bayrağımız da Cümhuriyyətin yaşıdıdır. 1918-ci ildə yüksələn, əsrin sonlarında isə xalqı yenidən istiqlal mübarizəsinə aparan üçrəngli bayrağımız Azərbaycan tarixinin ən parlaq hadisələrinə şahid olmuşdur. Bolşevik işğalı nəticəsində digər demokratik institutlar ilə birlikdə tarixə gömülən dövlət bayrağımıza ikinci həyatı xalqımızın ümummilli lideri Heydər Əliyev vermişdir. Ulu Öndərimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində fəaliyyət göstərərkən, 1990-cı il noyabrın 17-də üçrəngli bayrağı yenidən qaldırmış, onu Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsdiq etmişdir. Bu, Ulu Öndərin azadlıq ideallarına, demokratiya prinsiplərinə olan sarsılmaz inamının təzahürü idi. 1991-ci il fevralın 5-də isə üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qürurla dalğalanmağa başladı.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən müdrik və uzaqgörən siyasət müstəqil dövlətçiliyimizin qarantı, Azərbaycan xalqını inkişaf və tərəqqi zirvəsinə aparan ən etibarlı və inamlı bələdçidir. Bu gün ən mötəbər beynəlxalq qurumların qarşısında fəxrlə dalğalanan üçrəngli Azərbaycan bayrağı bu parlaq nailiyyətlərimizin güzgüsü, xalqımızın iftixar mənbəyidir.
Əziz neftçilər!
Sizi bir daha Dövlət Bayrağı Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, Azərbaycan iqtisadiyyatının çiçəklənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması naminə fədakar əməyinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib